İslamiada: Cüdo millimiz yarımfinala vəsiqə qazandı

İslamiada: Cüdo millimiz yarımfinala vəsiqə qazandı
10.11.2025 13:58 İdman

Cüdo üzrə yığma komandamız Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

TodayPress TV xəbər verir ki, millimiz Ər-Riyad turnirinin qarışıq komanda yarışının 1/4 finalında Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb.

Azərbaycan millisi rəqibinə 4:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Komandamız finala aparan yolda Qazaxıstan yığması ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV 

FOTOLAR

İslamiada: Cüdo millimiz yarımfinala vəsiqə qazandı — 1
İslamiada: Cüdo millimiz yarımfinala vəsiqə qazandı — 2
İslamiada: Cüdo millimiz yarımfinala vəsiqə qazandı — 3
İslamiada: Cüdo millimiz yarımfinala vəsiqə qazandı — 4
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər