İslamiada: Bu gün idmançılarımız dörd növdə mübarizə aparacaqlar

İdman

18.11.2025 10:01

Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayacaq.

TodayPress TV xəbər verir ki, Ər-Riyad turnirində ilk olaraq  xalça üzərinə Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (77 kq) və İslam Abbasov (87 kq) çıxacaqlar.

3x3 basketbol üzrə Azərbaycan millisi isə qrup mərhələsindəki üçüncü matçında Fildişi Sahili yığması ilə qarşılaşacaq.

İdmanın atletika növündə paraatlet Samir Nəbiyev (F57) disk atmada, Nazim Babayevlə Rüstəm Məmmədov üçtəkanla uzunluğa tullanmada, İsmayıl Əliyev nüvə atmada, Lamiyə Vəliyeva 100 metr, Əlhəm Nağıyev isə 200 metr məsafəyə qaçışda uğur qazanmağa çalışacaqlar.

Qılıncoynatmanın şpaqa növündə Aynur Quliyeva və Nəzrin Mehdiyeva mübarizə aparacaqlar.

Namiq HUN

TodayPress TV

tag: İslamiada,İdman,Mübarizə,Oyun,Todaypress.tv,