İslamiada: Azərbaycanın qadın voleybol millisi Türkiyə yığmasına uduzdu

İslamiada: Azərbaycanın qadın voleybol millisi Türkiyə yığmasına uduzdu
09.11.2025 19:25 İdman

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.

TodayPress TV xəbər verir ki, yığmamız Türkiyə kollektivi ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi İslamiadada 4-cü matçını noyabrın 12-də Əfqanıstan seçməsinə qarşı keçirəcək.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər