İslamiada: Azərbaycan medal sıralamasında 9-cu yerdədir
Azərbaycan komandası Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunlarında aktivinə yeni medallar yazdırıb.
TodayPress TV xəbər verir ki, medal sayını 45-ə çatdıran (5-14-26) millimiz 37 ölkə arasında doqquzuncudur.
Qeyd edək ki, multi-idman oyunlarının lideri 61 qızıl, 34 gümüş və 24 bürünc medalla Türkiyə komandasıdır. İlk üçlüyü Özbəkistan və İran tamamlayır.
Namiq HUN