İslamiada: Azərbaycan komandası 29 medalla yeddincidir

İslamiada: Azərbaycan komandası 29 medalla yeddincidir
12.11.2025 09:13 İdman

Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir. 

TodayPress TV xəbər verir ki, Azərbaycan komandası Ər-Riyadda təşkil olunan multi-idman oyunlarında 58 ölkə arasında medal sayına görə yeddinci yerdə qərarlaşıb.  

Millimizin hesabında 29 medal (4 qızıl, 9 gümüş, 16 bürünc) var.

İslamiadada Türkiyə 68 medalla (43 qızıl, 24 gümüş, 11 bürünc) birincidir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər