İslamiada: Azərbaycan idmançıları iki növdə yarışacaqlar
Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.
TodayPress TV xəbər verir ki, bu gün Azərbaycan idmançıları iki fərqli növdə çıxış edəcəklər.
Ər-Riyad turnirinin növbəti günündə Xəyal Əliyev (60-65 kq) muaytay, Leyla Əbdüləzizova isə duatlon yarışlarının finalında mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan komandası 36 medalla (5 qızıl, 12 gümüş, 19 bürünc) 7-ci pillədə qərarlaşıb.
İslamiada noyabrın 21-də başa çatacaq.
Namiq HUN