İslamiada: Azərbaycan idmançıları bu gün iki növdə mübarizə apacaqlar

İslamiada: Azərbaycan idmançıları bu gün iki növdə mübarizə apacaqlar
16.11.2025 11:03 İdman

Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün iki növdə mübarizə aparacaqlar.

TodayPress TV xəbər verir ki, uşu-sandada Elçin Eminov (60 kq) yarımfinal döyüşünə çıxacaq.

Taekvondoçulardan isə Qaşım Maqomedov (60 kq), Taleh Süleymanov (82 kq), Səmərrux Osmanova (51 kq) medal qazanmağa çalışacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 40 mükafatla (5 qızıl, 14 gümüş, 21 bürünc) medal sıralamasında 8-ci yerdədir.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər