İslamiada: Ağırlıqqaldıranımız üç bürünc medal qazandı

İslamiada: Ağırlıqqaldıranımız üç bürünc medal qazandı
08.11.2025 16:36 İdman

Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

TodayPress TV xəbər verir ki, Nuray Əbilova (48 kq) həm birdənqaldırma, həm də təkanla qaldırma hərəkətində üçüncü yerə layiq görülüb.

O, birdənqaldırma hərəkətində 65 kq ağırlığı, təkanla isə 79 kq ağırlığı başı üzərinə qaldırıb. 

Toplam 143 kq ağırlıq qaldıran Nuray Əbilova hər iki nəticəyə görə üçüncü yeri tutub.

Namiq HUN

TodayPress TV

FOTOLAR

İslamiada: Ağırlıqqaldıranımız üç bürünc medal qazandı — 1
XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər