İslamiada: Ağırlıqqaldıranımız gümüş medal qazandı
Azərbaycan ağırlıqqaldıranı Ravil Alməmmədov (79 kq) Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunlarında fəxri kürsüyə yüksəlib.
TodayPress TV xəbər verir ki, o, birdən qaldırmada Ər-Riyad turnirinin gümüş medalını qazanıb.
Ravil Alməmmədov 155 kq-lıq çəkini ram edib.
Bu uğurdan sonra Azərbaycan ağırlıqqaldıranlarının İslamiadada qazandıqları medalların sayı yeddiyə çatıb.
Namiq HUN