İslamiada: Ağırlıqqaldıranımız çıxışını iki medalla tamamladı
Azərbaycanın ağırlıqqaldıranı Dadaş Dadaşbəylinin (110 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarından qazancı iki gümüş medal olub.
TodayPress TV xəbər verir ki, idmançı ikinci gümüş medalı təkanla qaldırmada əldə edib.
O, 211 kiloqram nəticə ilə bu uğura imza atıb.
Nəticədə Dadaş Dadaşbəyli iki hərəkətin cəmində 391 kiloqram qaldıraraq gümüş medal qazanıb. O, bundan əvvəl birdən qaldırmada 180 kiloqramlıq nəticə göstərmişdi.
Namiq HUN