İslam Oyunları: Taekvondoçumuz bürünc medal qazandı

İslam Oyunları: Taekvondoçumuz bürünc medal qazandı
16.11.2025 21:40 İdman

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir.

TodayPress TV xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov üçüncülük uğrunda mübarizədə Kot-d'İvuarlı Issa Diakite ilə üz-üzə gəlib.

Görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdmançımız bu nəticə ilə bürünc medala sahib çıxıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər