İrqçi qalmaqal: Prestianni mundialdan kənarda qala bilər!
İdman
06.05.2026 17:47
“Benfika” klubunun argentinalı futbolçusu Canluka Prestianni dünya çempionatına çağırılsa, mundialın ilk iki oyununu buraxacaq.
TodayPress TV xəbər verir ki, buna yarımmüdafiəçinin Çempionlar Liqasının pley-off mərhələsində “Real Madrid”in hücumçusu Vinisius Juniora qarşı irqçi davranışı səbəb olub.
O, daha əvvəl UEFA tərəfindən altı oyunluq diskvalifikasiya edilib. Cəzanın 3 oyunu şərti tətbiq edilib.
Lakin FIFA UEFA-nın bu sanksiyanın yalnız avrokubok matçları ilə məhdudlaşmaması barədə müraciətindən sonra Prestianniyə tətbiq olunan qərarı öz bayrağı altında keçirilən turnirlərə də şamil edib.
İnsident fevral ayında baş verib. Prestianni Vinisius Junioru “meymun” adlandıraraq təhqir edib.
Namiq HUN
tag: “Benfika”,Canluka Prestianni,Çempionlar Liqası,UEFA ,Todaypress.tv,
