İran millisi ABŞ-dəki dünya çempionatına gedəcəyini təsdiqlədi
İdman
02.03.2026 17:51
İranın İspaniyadakı səfiri Rza Zabib ölkə millisinin 2026-cı il dünya çempionatında iştirakı ilə bağlı məsələyə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə AS nəşrinə danışıb.
Səfir qeyd edib ki, İran yığması mundialda iştirak edəcək və bunun üçün heç bir maneə yoxdur.
“İran dünya çempionatına gedəcək. Bizim orada olmağa haqqımız var. Heç bir problemimiz yoxdur, gedəcəyik”, – deyə o, bildirib.
Daha əvvəl İran millisinin ABŞ və müttəfiqlərinin ölkəyə qarşı hərbi əməliyyatları səbəbindən turnirdən imtina edə biləcəyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, İran yığması 2026 FIFA Dünya Çempionatına vəsiqə qazanıb və G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq. Komandanın hər üç oyunu ABŞ ərazisində keçiriləcək.
Mundial yayda ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci il mundialının finalında Argentina yığması Fransa komandası ilə qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə argentinalılar 4:2 hesabı ilə qalib gəliblər.
Namiq HUN
tag: İran,Milli,Çempionat,ABŞ,Todaypress.tv,
