İngiltərə və İtaliya nəhəngləri Udineze müdafiəçisinə göz qoyub
İdman
04.01.2026 12:15
“Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” İtaliyanın “Udineze” klubunun mərkəz müdafiəçisi Umar Sole ilə maraqlanır.
TodayPress TV Caught Offside nəşrinə istinadən xəbər verir ki, eyni zamanda “İnter”, “Milan” və “Roma” da 25 yaşlı futbolçunu izləyir.
Bildirilir ki, futbolçunun ilkin sorğu olunan qiyməti bonuslar nəzərə alınmaqla ortadan yüksək səviyyədə olacaq. “Udineze” icarə + alma variantını nəzərdən keçirir. Öz növbəsində Sole daha yüksək səviyyədə çıxış etməyi arzulayır.
Qeyd edək ki, cari mövsümdə fransalı müdafiəçi bütün turnirlər üzrə 19 oyunda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında Solenin bazar dəyəri 20 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Çelsi,Udineze,Umar Sole,Klub,Todaypress.tv,
