İngiltərə unikal rekorda iddialıdır
İdman
13.11.2025 15:15
İngiltərə yığması 2026 Dünya Çempionatının seçmə mərhələsində buraxılmış qolu olmayan yeganə komandadır
TodayPress TV xəbər verir ki, komanda seçmə mərhələnin altı oyunundan sonra 18:0 hesablı qol fərqinə malikdir və hələ də qapısından top buraxmayıb.
Əgər komanda Serbiya və Albaniya ilə oyunlarda da bu göstəricini qorusa, son doqquz Avropa seçmə tsikli ərzində bunu bacaran ilk komanda olacaq.
Sonuncu dəfə bu uğura elə İngiltərə özü 1990-cı il dünya çempionatının seçmə mərhələsində nail olub. O zaman komanda altı oyunda 10:0 hesablı qol fərqi ilə mərhələni tamamlamışdı. İndi isə İngiltərə həmin nəticəni üstələyə bilər.
Noyabrın 13-də “Uembli” stadionunda İngiltərə millisi Serbiya ilə qarşılaşacaq. Bundan sonra komanda seçmənin son oyununda Albaniya ilə Tiranada görüşəcək. Əgər İngiltərə son iki matçda da qol buraxmasa, son doqquz seçmə tsikl ərzində Avropada bunu bacaran ilk yığma olacaq.
Namiq HUN
tag: İngiltərə , Dünya Çempionatı,Serbiya ,Albaniya,Todaypress.tv,
