İnfantino: Tramp olmasaydı, dünya çempionatı baş tutmazdı!

İnfantino: Tramp olmasaydı, dünya çempionatı baş tutmazdı!
11.06.2026 11:37 İdman

Canni Infantino ABŞ Prezidenti Donald Trampın 2026-cı il futbol üzrə dünya çempionatının təşkilində mühüm rol oynadığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

FIFA prezidenti ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın təşkili prosesində Trampın dəstəyini xüsusi qeyd edib.

“Prezident Trampla çox yaxşı münasibətlərim var. Onun iştirakı və prosesə cəlb olunması olmasaydı, ABŞ-də dünya çempionatını təşkil etmək mümkün olmazdı”, – deyə İnfantino bildirib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Turnirin açılış oyunu Mexiko şəhərindəki “Estadio Asteka” stadionunda baş tutacaq. Qrup mərhələsi iyunun 27-dək davam edəcək. Hər qrupdan ilk iki yeri tutan komandalar, eləcə də üçüncü yerlər arasında ən yaxşı səkkiz yığma pley-off mərhələsinə vəsiqə qazanacaq.

Mundial çərçivəsində ümumilikdə 104 oyun keçiriləcək ki, bu da dünya çempionatları tarixinin rekord göstəricisidir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər