“İmişli”də yeni mövsüm öncəsi ilk ayrılıq

“İmişli”də yeni mövsüm öncəsi ilk ayrılıq
08.06.2026 14:26 İdman

“İmişli” klubu qapıçısı Andrey Sinenka ilə vidalaşıb.

TodayPress TV “futbolpress.az”a istinadən xəbər verir ki, belaruslu qolkiper klubla başa çatan müqaviləsinin müddətini uzatmayıb.

Məlumata görə, Sinenkaya həm Azərbaycan klublarından, həm də Belarusdan maraq var və onun karyerasını başqa komandada davam etdirməsi gözlənilir.

Bununla yanaşı, “İmişli” rəhbərliyi yeni mövsüm öncəsi yenidən əcnəbi qapıçı transfer etməyi planlaşdırır.

Qeyd edək ki, Andrey Sinenka 2024-cü ilin avqustundan etibarən “İmişli”nin formasını geyinirdi. O, son mövsüm Premyer Liqada keçirdiyi 26 oyunda 33 qol buraxıb və 9 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər