İlk dəfə azərbaycanlı futzal hakimi final mərhələsində

İlk dəfə azərbaycanlı futzal hakimi final mərhələsində
10.11.2025 15:19 İdman

Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.

TodayPress TV xəbər verir ki, o, Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək Avropa çempionatı – 2026-nın final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq. 

Hikmət Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.

Beləliklə, tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Qeyd edək ki, qitə çempionatının oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər