İki parlaq ippon və acı sonluq: Kotsoyev mundialla vidalaşdı!
Bakıda keçirilən dünya çempionatında Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) mübarizəni vaxtından əvvəl dayandırıb.
TodayPress TV xəbər verir ki, idmançımız 1/8 final mərhələsində Rusiya təmsilçisi Arman Adamyana məğlub olaraq yarışla vidalaşıb.
Yarışa 1/32 finaldan başlayan Kotsoyev ilk görüşündə Türkmənistan cüdoçusu Baymırat Majanovu ipponla məğlub edib. O, 1/16 finalda isə Slovakiya təmsilçisi Benyamin Mataseyi də eyni üsulla - ipponla mübarizədən kənarlaşdırmağı bacarmışdı.
Qeyd edək ki, dünya çempionatında daha əvvəl tatamiyə çıxan Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.
Namiq HUN