Seçkilərdə futbol kartı: Klublar Lula da Silvanın rəqibinin tərəfinə keçir!
Braziliya futbol klubları ölkədə onlayn mərc oyunlarına qoyulan qadağadan sonra prezidentliyə namizəd Flavio Bolsonarunu açıq şəkildə dəstəkləmək imkanlarını nəzərdən keçirirlər.
TodayPress TV xəbər verir ki, bu barədə “BandNews TV”nin məlumat yayıb.
Bildirilib ki, buna səbəb mövcud prezident Luis İnasio Lula da Silvanın onlayn mərc və qumar oyunlarını qadağan etmək qərarı olub. Oktyabrın 6-dan etibarən leqal bukmeker şirkətləri Braziliyada fəaliyyətini dayandırıb və bununla da futbol klubları əsas sponsorlarını itiriblər. Qeyd edək ki, 2025-ci ildə ölkənin ali divizyonunda mübarizə aparan 20 klubdan 14-nün əsas tərəfdaşı məhz bukmeker şirkətləri idi.
Lula da Silvanın seçkilərdəki rəqibi Flavio Bolsonaru bildirib ki, qələbə qazanacağı təqdirdə onlayn-kazino qadağasını saxlayaraq idman mərclərinə yenidən icazə verəcək. Lakin siyasətçi hələlik bununla bağlı konkret fəaliyyət planı təqdim etməyib.
Hazırda klublar tərəfindən rəsmi olaraq heç bir namizədə dəstək bəyanatı verilməsə də, bu istiqamətdə müzakirələr aparılır. Braziliyada prezident seçkilərinin ikinci turu oktyabrın 25-də keçiriləcək. İlk turda Bolsonaru səslərin 47,03%-ni, Lula da Silva isə 45,16%-ni toplayıb.
Namiq HUN