Sabah leysan yağacaq
Bakıda
və Abşeron yarımadasında oktyabrın 10-da fasilələrlə yağış yağacağı gözlənilir.
TodayPress TV xəbər verir
ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib
ki, gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı
ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın
temperaturu gecə 14-17° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 764
mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.
Azərbaycanın
rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi,
yüksək dağlıq ərazilərdə qar yağacağı, 9-dan 10-na keçən gecə və səhər bəzi şərq
rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın
temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti,
gündüz 7-12° isti olacaq.