Tamaşaçılar ssenari sandı, həqiqət isə dəhşətə gətirdi: Referinin faciəvi sonu!

Tamaşaçılar ssenari sandı, həqiqət isə dəhşətə gətirdi: Referinin faciəvi sonu!
09.10.2026 11:14 İdman

Meksikanın İdalqo ştatında keçirilən qrepplinq və güləş şousunda faciəvi hadisə baş verib.

TodayPress TV yerli mətbuata istinadən xəbər verir ki, döyüş zamanı “El Hijo de Fishman” ləqəbli güləşçi 75 yaşlı hakim Xerardo Xerman Pinedaya qarşı təhlükəli “piledriver” fəndini tətbiq edib. 

O, hakimi başıaşağı çevirərək sərt şəkildə rinqin örtüyünə çırpıb.

Zərbənin gücündən hərəkətsiz qalan referinin vəziyyətini tamaşaçılar əvvəlcə şounun ssenarisinə uyğun səhnə hesab ediblər. Lakin hadisə yerinə gələn tibb işçiləri 75 yaşlı hakimin həyatını itirdiyini təsdiqləyiblər. 

Bildirilir ki, turnirin keçirildiyi ərazidə növbətçi təcili tibbi yardım briqadası olmayıb.

Hadisədən sonra idmançı ehtiyatsızlıqdan adam öldürmə şübhəsi ilə saxlanılıb. Onu 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər