İki gimnastımız Dünya Kubokunda çıxışını yekunlaşdırdı

İki gimnastımız Dünya Kubokunda çıxışını yekunlaşdırdı
07.03.2026 14:51 İdman

Azərbaycanın iki idman gimnastı Bakıda keçirilən Dünya Kubokunda çıxışını başa vurub.

TodayPress TV xəbər verir ki, Nikita Simonov və Dəniz Əliyeva final mərhələsində mübarizə aparıblar.

N.Simonov halqalarla hərəkətlərin icrasında dördüncü, D.Əliyeva isə dayaqlı tullanma proqramında altıncı yeri tutub.

30-dan çox ölkədən idmançıların mübarizə apardığı yarış martın 8-də başa çatacaq. Azərbaycanın daha bir təmsilçisi Aydın Əlizadə dayaqlı tullanma proqramında həlledici raundda qüvvəsini sınayacaq.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər