IFFHS: “Qarabağ” dünya reytinqində irəlilədi
“Qarabağ” klubu dünya reytinqində 17 pillə yüksəlib.
TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlama verib.
Siyahıda 192,25 xala malik “Qarabağ”ın 82-ci pillədən 65-ci yerə yüksəldiyi göstərilib.
Digər Premyer liqa klublarımızın göstəricilərinə gəlincə, “Sabah” və “Zirə” 20 pilləlik yüksəlişə nail olub. “Bayquşlar” 296-cı pillədən 276-cı, “qartallar” isə 407-dən 387-ci yerə qədər irəliləyiblər. “Araz-Naxçıvan” isə 391-dən 390-cı yerə yüksəlib.
Siyahının lideri aktivində 567 xalı olan PSJ klubudur.
Namiq HUN