İdman ulduzlarından həyati mesaj: “Yolda intizam həyat xilas edir!”
Gənclər və İdman Nazirliyi ilə Daxili İşlər Nazirliyi yol təhlükəsizliyinə həsr olunan birgə maarifləndirmə kampaniyasına başlayıb.
TodayPress TV xəbər verir ki, “Dəbilqəsiz yola çıxma - həyat ən böyük qələbədir” şüarı altında keçirilən aksiyada əsas çağırış skuter, velosiped və motosiklet istifadəçilərinə ünvanlanıb.
Layihənin əsas məqsədi dəbilqə istifadəsini hər bir sürücü üçün gündəlik vərdişə çevirmək və təhlükəsizlikdəki müstəsna rolunu önə çəkməkdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) göstəricilərinə görə, dəbilqədən düzgün istifadə kəllə-beyin zədəsi riskini 74 faiz, ağır baş xəsarəti riskini isə 60 faiz azaldır.
Təşəbbüsə Azərbaycan idmanının tanınmış simaları da qoşulublar. Tanınmış idmançılar öz mesajları ilə xatırladıblar ki, idmanda olduğu kimi, yolda da diqqət, intizam və düzgün qərar həyati əhəmiyyət daşıyır.
Qeyd edək ki, bu maarifləndirmə kampaniyası BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində reallaşan qlobal "Make A Safety Statement" təşəbbüsündən ilhamlanaraq hazırlanıb.
Namiq HUN