İbrahima Konate: “Azərbaycan yığması ilə oyundan həzz almaq istəyirik”

İbrahima Konate: “Azərbaycan yığması ilə oyundan həzz almaq istəyirik”
15.11.2025 18:03 İdman

“Bizi çətin oyun gözləyə bilər”.

TodayPress TV xəbər verir ki, bu sözləri Fransa millisinin futbolçusu İbrahima Konate DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil edilən mətbuat konfransında deyib.

O, millimizlə oyundan xalla qayıtmaq istədiklərini bildirib: 

“Ölkəmizə xalla qayıtmaq istəyirik. Azərbaycan millisi ilk görüşdə bizi təəccübləndirdi. Səmimi olacağam, birinci matçda çətinlik çəkdik. Bizim də Bakıda öz hədəflərimiz var. Bunun üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq.

 Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər