“Hər şey tamamilə fərqli oldu” - Xavidən acı məğlubiyyət etirafı

“Hər şey tamamilə fərqli oldu” - Xavidən acı məğlubiyyət etirafı
17.11.2026 09:30 İdman

Niderland millisinin baş məşqçisi Xavi UEFA Millətlər Liqasının VI turunda Almaniyaya 0:5 hesabı ilə ağır məğlubiyyətin mümkün səbəblərindən danışıb.

TodayPress TV “Voetbal International”a istinadən xəbər verir ki, mütəxəssis komandasının oyunundan narazı qaldığını və azarkeşlərdən üzr istəməli olduqlarını bildirib.

“Baş verənlərin səbəblərini müəyyənləşdirmək üçün futbolçularla danışdım. İlk növbədə azarkeşlərimizdən üzr istəməliyik. Biz nə futbol nümayiş etdirdik, nə də xarakter göstərdik. Bunu izah edə bilmirəm.

Yunanıstanla tarixi oyun keçirmişdik. Həmin görüşdə yüksək intensivlik və böyük həvəs var idi. Bu gün isə hər şey tamamilə fərqli oldu.

Ola bilsin ki, komanda ilə işləməyə yeni başladığım üçün futbolçuları hələ tam tanımıram. Bəlkə də lazımi köklənmə çatışmadı”, – deyə Xavi bildirib.

Qeyd edək ki, Almaniya millisi Niderlandı 5:0 hesabı ilə məğlub edərək Millətlər Liqasının A Liqasının II qrupunu 11 xalla lider kimi başa vurub. Niderland və Yunanıstan yığmaları da eyni xala malik olsalar da, müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.


Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər