Hər şey dəyişə bilər! Ouen çempionluq yarışını şərh etdi

İdman

13.04.2026 16:52

Maykl Ouen İngiltərə Premyer Liqasındakı çempionluq mübarizəsi barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, sabiq hücumçu hazırkı vəziyyətdə “Arsenal”ın turnir cədvəlinə başçılıq etdiyini xatırladıb. 

Ouen bildirib ki, qarşıdakı oyunlar “Mançester Siti” üçün daha çətin görünür:

“Onları səfərdə “Bornmut” və “Everton” ilə matçlar gözləyir ki, bu da asan olmayacaq”.

Bununla yanaşı, o, son turun nəticələrinin gözlənilməz olduğunu vurğulayıb. “Arsenal” evdə “Bornmut”a 1:2 hesabı ilə uduzduğu halda, “Mançester Siti” səfərdə Çelsini 3:0 hesabı ilə məğlub edib.

Ouenin sözlərinə görə, ümumi mənzərə “Siti”nin xeyrinədir:

“Komandanın forması, tempi, Pep Qvardiolanın təcrübəsi və oyunçuların səviyyəsi bunu göstərir. Üstəlik, “Arsenal”la ev oyunu da onların üstünlüyünü artırır. Amma bu mübarizə sanki püşk kimidir – hər şey “Arsenal”ın xeyrinə də dəyişə bilər”.

London təmsilçisi ən yaxın izləyicisi “Mançester Siti”ni 6 xal qabaqlayır, lakin “şəhərlilər”in ehtiyatda bir oyunu var.

Namiq HUN

TodayPress TV

tag: Maykl Ouen,İngiltərə,Premyer Liqa,Arsenal,Mançester Siti,Todaypress.tv,