Həmzət Çimayev UFC-dəki titulunu itirdi

Həmzət Çimayev UFC-dəki titulunu itirdi
10.05.2026 13:10 İdman

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan qarışıq döyüş növləri (MMA) döyüşçüsü Həmzət Çimayev Nyuarkda (ABŞ) keçirilən "UFC 328" turnirinin əsas döyüşündə amerikalı Şon Striklendə məğlub olub.

TodayPress TV xəbər verir ki, bu, 15 qələbəsi olan Çimayevin karyerasında ilk məğlubiyyəti olub.

Beş raundun yekunlarına görə qələbə hakimlərin fərqli qərarı ilə Striklendə verilib.

Beləliklə, Çimayev orta çəkidə UFC çempionu titulunu qoruya bilməyib.

Qeyd edək ki, Striklend 7 məğlubiyyət qarşılığında 31 döyüşdə qalib gəlib.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUN 2026
Bütün Xəbərlər