Hemiltondan “Ferrari”yə mesaj: Bunu müzakirə etməliyik
“Formula-1” üzrə yeddiqat dünya çempionu Lyuis Hemilton Niderland Qran-Prisində komanda yoldaşı Şarl Leklerin arxasında vaxt itirməsi barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” məlumat yayıb.
Hemilton bildirib ki, Leklerin arxasında qalması Corc Rassellə mübarizədə ona əlavə məsafə qət etməyə səbəb olub.
“Leklerin arxasında olanda bunun mənim ən yaxın şansım olduğunu düşünürdüm. 14-cü döngədən kifayət qədər yaxın çıxdım və DRS-i açmağa, batareyadan istifadə etməyə hazırlaşırdım. Onu keçə bilib-bilməyəcəyimizi bilmirəm, çünki “Mercedes” düzlüklərdə çox sürətli idi. Lakin Şarlın arxasında qaldığım müddətdə vaxt itirdiyimizi düşünürəm.
Nəticədə Corc Rasselli təqib etmək üçün daha çox məsafə qət etməli oldum. Şarl öz mübarizəsində idi. Bu, sakit şəraitdə müzakirə etməli olduğumuz məsələdir”, – deyə Hamilton bildirib.
Namiq HUN