Hemilton: ““Formula-1” vaxt tələb edir”

İdman

04.11.2025 13:43

Lyuis Hemilton “Ferrari”dəki çıxışına görə tənqidlərə münasibət bildirib. 

TodayPress TV xəbər verir ki, o, Ferrari Magazine-ə açıqlamasında “Formula-1”də uğur qazanmağın zaman tələb etdiyini deyib və “insanları anlamadıqlarına görə qınamadığını” vurğulayıb.

“Kim “Formula-1”in necə işlədiyini bir az da olsa bilirsə, anlayar ki, bu, vaxt tələb edir... Amma bu, çox da çox insan deyil. Yalnız komandanın içində olanda başa düşürsən ki, hər şey necə işləyir. Maşının necə davrandığını kənardan təsəvvür etmək mümkün deyil. Mən uzun illər “Formula-1”də olmuşam, amma bu komandaya gələndə hər şey yenidən fərqli göründü.

Buna görə də insanları anlamadıqlarına görə qınamıram. Mən sadəcə nəzarət edə bildiklərimə fokuslanıram - hazırlığıma, komanda ilə işləməyimə, hər gün özümü necə göstərməyimə və pozitiv qalmağıma”.

Britaniyalı pilot 20 mərhələdən sonra komanda yoldaşı Şarl Leklerdən 64 xal geri qalaraq ümumi sıralamada altıncı yerdə qərarlaşıb.

Qeyd edək ki, Lyuis Hemilton 2025 mövsümündə “Ferrari”yə keçib və hazırda fərdi sıralamada 6-cı yeri tutur. Onun bu il podiuma çıxdığı yeganə hal Şanxaydakı sprint yarışındakı qələbə olub.

Namiq HUN

tag: Lyuis Hemilton,Ferrari,Formula-1,Britaniya,Todaypress.tv,