Həm futbol, həm basketbol: “Real” üçün böyük fiasko!
2025/2026 mövsümü həm futbol, həm də basketbol üzrə “Real” klubu üçün uğursuz alınıb.
TodayPress TV xəbər verir ki, Madrid təmsilçisi son 16 ildə ilk dəfə olaraq hər iki növdə mövsümü kuboksuz başa vurub.
Futbol komandası La Liqada 38 oyundan 86 xal toplayaraq ikinci yeri tutub.
UEFA Çempionlar Liqasında “Real” 1/4 final mərhələsinə qədər irəliləyib. “Kral klubu” bu mərhələdə “Bavariya” ilə oyundan sonra mübarizəni dayandırıb.
İspaniya Kubokunda isə komanda 1/8 finalda gözlənilmədən “Albasete”yə uduzub. İspaniya Superkubokunun finalında isə “Real” “Barselona”ya məğlub olub.
Basketbol komandası bu mövsüm AvroLiqa Final Four mərhələsinə yüksəlsə də, yarımfinalda “Olimpiakos”a uduzub.
İspaniya ACB Liqasının pley-off mərhələsində Madrid təmsilçisi 1/4 finalda “Tenerife”yə məğlub olub. Kral Kubokunda isə “Real” Baskoniya səddini aşa bilməyərək turnirlə vidalaşıb.
Qeyd edək ki, “Real Madrid” sonuncu dəfə həm futbolda, həm də basketbolda 2009/2010 mövsümündə titulsuz qalıb.
Namiq HUN