Helmut Marko: “Bu, əvvəlki “Formula-1” deyil”

İdman

02.03.2026 14:28

Keçmiş “Red Bull” məsləhətçisi Helmut Marko bu il qüvvəyə minəcək yeni reqlament fonunda “Formula-1”də baş verən dəyişikliklər barədə danışıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə Kleine Zeltug nəşrinə danışıb. 

Onun sözlərinə görə, müasir yarış yanaşması artıq klassik anlayışdan uzaqlaşıb:

“Bəzi insanlar bunu tənqid edir ki, artıq bu, hər döngəni maksimum sürətlə keçməyə çalışdığınız klassik yarış deyil. İndi təkcə növbəti döngə yox, bütün dövrə barədə düşünməlisiniz. Aydındır ki, bu artıq ilkin mənadakı “Formula-1” deyil.”

Marko bildirib ki, yeni texniki tələblər və enerji idarəetməsi ilə bağlı məhdudiyyətlər pilotlardan fərqli strategiya tələb edir. Bu isə yarışın xarakterini dəyişir.

Namiq HUN

TodayPress TV

tag: Helmut Marko,Red Bull,Formula-1,Reqlament,Todaypress.tv,