Həbsdə olan döyüşçü intihar etdi

Həbsdə olan döyüşçü intihar etdi
11.11.2025 05:22 İdman

Keçmiş Ultimate Fighting Championship (UFC) döyüşçüs, "Pepey" ləqəbi ilə tanınan Qodofredo Kastro 38 yaşında dünyasını dəyişib.

TodayPress TV xəbər verir ki, döyüşçü Florida ştatının həbsxanasında vəfat edib. 

O, arvadına qarşı zorakılıq etdiyinə görə bu ilin iyun ayında həbs edilmişdi.  Kastronun intihar etdiyi iddia olunur. Lakin həbsxana rəhbərliyi faciənin səbəbi ilə bağlı hələlik rəsmi nəticələri açıqlamayıb.

Kastro 2012-ci ildən 2018-ci ilə qədər UFC-də yarışıb, 22 MMA döyüşü keçirib, 14 qələbə qazanıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər