55 il sonra eyni mənzərə: “Komo” “Feyenoord”un izindən getdi!

55 il sonra eyni mənzərə: “Komo” “Feyenoord”un izindən getdi!
05.11.2026 09:40 İdman

İtaliyanın “Komo” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda səfərdə “Lans” komandasını 9:1 hesabı ilə darmadağın edərək avrokuboklarda tarixi göstəriciyə imza atıb.

TodayPress TV xəbər verir ki, statistik “Opta” portalının məlumatına görə, “Komo” 1971-ci ildən bəri avrokubokların səfər matçında 9 qol vuran ikinci komanda olub.

Bundan əvvəl bu nəticəyə 1971-ci ilin sentyabrında Niderlandın “Feyenoord” klubu nail olub. Rotterdam təmsilçisi Kiprin “Olimpiakos” komandasını səfərdə 9:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Lans” da bu qarşılaşmada arzuolunmaz rekorda imza atıb. Klub evdə keçirilən avrokubok matçında 9 qol buraxan “Böyük beşlik” çempionatlarının ilk təmsilçisi olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər