NBA əfsanəsindən möhtəşəm nailiyyət – 205 basketbolçuya assist!

NBA əfsanəsindən möhtəşəm nailiyyət – 205 basketbolçuya assist!
05.11.2026 09:16 İdman

“Filadelfiya” klubunun hücumçusu LeBron Ceyms NBA tarixində yeni rekorda imza atıb. 41 yaşlı basketbolçu karyerası ərzində 205 fərqli oyunçuya məhsuldar ötürmə verib.

TodayPress TV xəbər verir ki, bu statistika “Detroyt Pistons” və “Filadelfiya” komandaları arasında keçirilən NBA müntəzəm çempionatının oyununun ESPN telekanalında yayımlanan efirində nümayiş olunub.

Qeyd edək ki, qarşılaşma Filadelfiya təmsilçisinin 112:106 hesablı qələbəsi ilə başa çatıb. LeBron Ceyms matçda 13 xal toplayıb.

Yayımlanan statistikaya əsasən, bu göstərici oyunların ətraflı “play-by-play” protokollarının aparıldığı dövr üzrə ən yaxşı nəticədir. Söhbət Ceymsin ötürmələrindən sonra xal qazanan fərqli basketbolçuların sayından gedir.

Təcrübəli oyunçu karyerası ərzində “Klivlend Kavalyers”, “Mayami Hit”, “Los-Anceles Leykers” və “Filadelfiya” klublarının formasını geyinib.

LeBron Ceyms NBA-də 24-cü mövsümünü keçirir. O, 2026-cı ilin aprelində müntəzəm çempionatlarda 12 000 məhsuldar ötürmə həddinə çatan liqa tarixinin dördüncü basketbolçusu olub. Bundan əvvəl bu göstəriciyə Con Stokton, Ceyson Kidd və Kris Pol nail olublar.

Namiq HUN

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər