Seçkini uduzan serb siyasətçiləri Moskvaya qaçarkən səmada yaxalanıblar - VİDEO

Seçkini uduzan serb siyasətçiləri Moskvaya qaçarkən səmada yaxalanıblar - VİDEO
05.11.2026 12:10 Dünya

Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiçə yaxın bir neçə nüfuzlu siyasətçi Moskvaya getmək istəyərkən gözlənilməz maneə ilə üzləşib.

TodayPress TV  xəbər verir ki, Serbiya mediasının məlumatına görə, onların arasında Rusiyaya yaxınlığı ilə tanınan, ölkənin keçmiş kəşfiyyat rəhbəri Aleksandr Vulin də olub.

Məlumata görə, Belqrad hava limanından havaya qalxan təyyarə artıq Litvanın hava məkanına daxil olsa da, pilotlara geri qayıtmaq əmri verilib. Nəticədə sərnişinlər Moskvaya çata bilməyiblər. 

Vuçiçin siyasi rəqibləri həmin şəxslərin Rusiyaya getdikdən sonra Serbiyaya qayıtmaq niyyətində olmadıqlarını ehtimal edirlər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər