Sökülən binaların sakinləri vergidən azad ediləcək

Sökülən binaların sakinləri vergidən azad ediləcək
05.11.2026 11:58 Sosial

Azərbaycanda sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək.

TodayPress TV xəbər verir ki, bununla bağlı 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı məlumat verilib.

Bu məsələ “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin binaların yerində inşa edilən yeni tikililərdən verilən yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunan gəlir hesab edilməyəcək.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər