İrandan üzüsulu çıxaq, yoxsa biabır olacağıq - Vens Trampa yalvarır...
ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Prezident Donald Trampı İranla razılaşma əldə etməyə və müharibəyə son qoymağa çağırdığı bildirilir.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, Vens İranla müharibənin ABŞ-a ciddi iqtisadi və siyasi zərər vurduğunu, münaqişənin Respublikaçılar Partiyasının aralıq seçkilərdəki nəticələrinə mənfi təsir göstərdiyini düşünür.
O, İsrailin baş naziri Benyamin Netanyahunun mövqeyini də sərt tənqid edərək, onun “hər məsələdə yanıldığını” bildirib.
Donald Tramp yanacağın bahalaşmasının və müharibənin seçicilərə yaratdığı iqtisadi yükün fərqində olsa da, İrana qarşı yeni hərbi zərbələr endirmək variantını hələ də nəzərdən keçirir.
Məlumatda qeyd olunur ki, 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyi düşünən Vens İran siyasətində Trampdan fərqli və daha müstəqil mövqe nümayiş etdirməyə çalışa bilər.
Jalə Rövşən