Çindən dünyanı əlinə keçirəcək həmlə - Amerika diz çökür... -VİDEO

Çindən dünyanı əlinə keçirəcək həmlə - Amerika diz çökür... -VİDEO
05.11.2026 11:32 Dünya

Çin Tayvan ətrafında hərbi təzyiqi artıraraq regionda genişmiqyaslı hərbi fəallıq nümayiş etdirir.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, son məlumatlara görə, Tayvan hərbçiləri bir gün ərzində ada yaxınlığında 49 Çin hərbi təyyarəsi qeydə alıblar.

Bununla yanaşı, Qərbi Sakit okean hövzəsində 100-dən çox Çin hərbi donanma və sahil mühafizəsi gəmisi müşahidə edilib. Çin eyni vaxtda iki aviadaşıyıcısını da dənizə çıxarıb.

Bildirilir ki, 49 hərbi təyyarənin qeydə alınması bu il ərzində Tayvan yaxınlığında müşahidə edilən ən yüksək gündəlik göstəricidir. Bu fəallıq oktyabr ayında Çin təyyarələrinin uçuşlarının 9 faiz azalmasından sonra baş verib. Hərbi aktivliyin müvəqqəti azalmasının Pekinin mövqeyini dəyişməsi deyil, əlverişli siyasi və hərbi şərait gözləməsi ilə bağlı ola biləcəyi irəli sürülür.

Gərginliyi artıran digər məqam ABŞ-ın Tayvana nəzərdə tutulan 14 milyard dollarlıq silah satışıdır. Donald Tramp bu məsələ ilə bağlı qərarın Çindən asılı olduğunu bildirib. ABŞ prezidentinin noyabrın 18-də APEC sammiti çərçivəsində Çinə səfəri də diqqət mərkəzindədir. Hazırda Vaşinqtonun İran müharibəsi ilə bağlı hərbi-siyasi gündəmi və neft qiymətlərinin 90 dolları keçməsi ABŞ-ın Asiya-Sakit okean regionundakı manevr imkanları ilə bağlı müzakirələri gücləndirir.

Tayvan məsələsinin qlobal iqtisadiyyat üçün əhəmiyyəti isə ilk növbədə yarımkeçirici sənayesi ilə bağlıdır. Dünyanın ən böyük çip istehsalçılarından biri olan TSMC-nin əsas istehsal infrastrukturu məhz bu adada yerləşir. Tayvan ətrafında hərbi münaqişənin başlanması süni intellekt, smartfon və avtomobil sənayesi də daxil olmaqla, bir çox sektorun təchizat zəncirinə ciddi zərbə vura bilər.

Digər tərəfdən, Çinin yeni «Sıçuan» amfibiya hücum gəmisinin katapult vasitəsilə ilk dəfə gizli pilotsuz uçuş aparatını havaya qaldırdığı bildirilir. Bu texnologiya Pekinin mümkün desant əməliyyatları üçün hərbi imkanlarını genişləndirmək istiqamətində atdığı addımlar sırasında qiymətləndirilir.

“The New York Times” qəzetində dərc olunan  yazıda isə ABŞ-ın Tayvana silah satışını gecikdirməsinin gələcəkdə daha təhlükəli qarşıdurmaya zəmin yarada biləcəyi barədə xəbərdarlıq edilib.

Beləliklə, noyabrın 18-də keçiriləcək ABŞ-Çin görüşü ərəfəsində əsas suallardan biri Vaşinqtonun Tayvanla bağlı mövqeyidir: Pekin sammitdən əvvəl hərbi əməliyyata başlasa, ABŞ adanın müdafiəsinə müdaxilə edəcək, yoxsa Çinlə daha geniş siyasi-iqtisadi razılaşma naminə mövqeyini dəyişəcək?

Jalə Rövşən 

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər