Hakimi təhqir edən məşqçi cəzalandırıldı

Hakimi təhqir edən məşqçi cəzalandırıldı
13.11.2025 14:42 İdman

AFFA İntizam Komitəsi “Neftçi”nin baş məşqçisi Samir Abasovu cəzalandırıb.

TodayPress TV xəbər verir ki, səbəb məşqçinin Premyer Liqanın XI turunda “Qarabağ”la matçdan sonra hakimi təhqir etməsi olub.

Abasov 4 oyunda komandasının yanında ola bilməyəcək. “Neftçi” isə 10000 manat cərimə ödəyəcək.

Xatırladaq ki, derbi “Qarabağ”ın (2:0) qələbəsi ilə başa çatıb.

Namiq HUN

TodayPress TV 


XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər