Hakimi nə vaxt sıraya dönəcək? Luis Enrikenin narahatlığı
“Pari Sen-Jermen” klubunun baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in IV turunda “Brest”ə qarşı keçirilən oyunda (1:0) zədələnərək meydanı tərk edən müdafiəçi Əşrəf Hakiminin durumu haqqında fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
Bildirilir ki, mərakeşli futbolçu qarşılaşmanın 39-cu dəqiqəsində əvəzlənib. İspaniyalı mütəxəssis zədənin dərəcəsinin tibbi müayinədən sonra bəlli olacağını deyib:
“Zədənin nə dərəcədə ciddi olduğunu hələ bilmirəm. Tibbi müayinədən sonra nə baş verdiyini görəcəyik. Hələlik təhlükəli bir şey yoxdur, amma zədə var”.
Qeyd edək ki, Hakimi cari mövsümdə bütün turnirlərdə 7 oyuna çıxıb və məhsuldar göstərici ilə fərqlənməyib.
Fransa çempionatında keçirdiyi dörd matçdan sonra PSJ 5 xal toplayaraq turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.
Namiq HUN