Hakim qərarına etiraz imkanı – İngiltərədə yeni era başlayır
İdman
03.03.2026 14:38
The Football Association (FA) videotəkrar sistemi (VAR) ilə bağlı mövcud protokolda ciddi dəyişikliklər etməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Məlumata əsasən, İngiltərə futbolunun ali idarəetmə orqanı baş məşqçilərə öz təşəbbüsləri ilə VAR-a müraciət etmək hüququ verməyi planlaşdırır. Bu yenilik tətbiq olunarsa, məşqçilər mübahisəli epizodlarda videobaxış tələb edə biləcəklər.
Bildirilir ki, sözügedən addım oyun zamanı yaranan mübahisəli məqamlara daha tez aydınlıq gətirəcək və uzun fasilələrin sayının azalmasına kömək edəcək.
Dəyişiklik rəsmi şəkildə qəbul edilərsə, VAR sistemindən əsasən ofsayd kimi konkret və faktiki qərarların dəqiqləşdirilməsi üçün istifadə olunması gözlənilir.
Namiq HUN
tag: Hakim,Qərar,VAR,Sistem,Todaypress.tv,
