Haalandın yeni ünvanı bəlli olur? Dörd nəhəng klub onun arxasınca düşüb

Haalandın yeni ünvanı bəlli olur? Dörd nəhəng klub onun arxasınca düşüb
17.11.2026 17:20 İdman

İngiltərənin “Mançester Siti” klubu hücumçusu Erlinq Haalandla yollarını ayırmağa hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Mançester təmsilçisi 26 yaşlı norveçli futbolçunun mövsümün sonunda komandadan ayrılacağını gözləyir. Haaland daha əvvəl baş məşqçi Xosep Qvardiolanın və bir sıra futbolçuların klubdan getməsinə baxmayaraq, daha bir mövsüm “şəhərlilər”in heyətində qalmağa razılıq vermişdi.

“Mançester Siti” hücumçunun satışından təxminən 175 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Klubun avrokuboklardan kənarlaşdırılması və Premyer Liqadan aşağı liqaya göndərilməsi ilə nəticələnə biləcək mümkün sanksiyalar da Haalanda marağı artıran amillər sırasında göstərilir. PSJ, “Liverpul”, “Barselona” və Madrid “Real”ının norveçli hücumçunun xidmətində maraqlı olduğu bildirilir.

İngiltərə klubu artıq Haalanda əvəzləyici axtarışına başlayıb. Namizədlər arasında “Brentford”un hücumçusu İqor Tyaqo da var. Braziliyalı futbolçu ötən mövsüm İngiltərə çempionatının ən məhsuldar oyunçuları sırasında ikinci yeri tutub.

Digər mümkün variant isə hazırda “Qalatasaray”da çıxış edən Viktor Osimhendir. Nigeriyalı hücumçunun bazar dəyəri təxminən 75 milyon avro qiymətləndirilir.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər