Haaland: “Öz ölkəmi mundialda görmək möhtəşəmdir”
İdman
27.05.2026 10:45
Erlinq Haaland Norveç millisinin dünya çempionatına vəsiqə qazanmasının əhəmiyyətindən danışıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə FIFA-nın rəsmi saytına açıqlamasında bildirib.
“Mançester Siti” klubunda çıxış edən hücumçu bunun özü və ölkəsi üçün çox böyük hadisə olduğunu deyib:
“Bu barədə danışmaq bir qədər qəribədir. Uzun illər cəhd edirsən, amma heç nə alınmır və sonda buna öyrəşirsən. Mən həyatımda heç vaxt Norveçi dünya çempionatında görməmişəm. Düşünürəm ki, artıq vaxtıdır.
Şəxsən mənim üçün bu, çox böyük hadisədir. Uzun müddətdir əsas məqsədimin Norveçi dünya çempionatına çıxarmaq olduğunu deyirdim. Nəhayət bu baş verdi və mən çox xoşbəxtəm.
Uşaqlığımda Norveç heç vaxt dünya çempionatında olmayıb. Buna görə Norveçdəki uşaqlar üçün də çox sevinirəm. Hər dəfə mundiala baxanda başqa ölkəyə azarkeşlik edirdim. İndi isə öz ölkəmi orada görmək möhtəşəm olacaq”.
Qeyd edək ki, Norveç yığma komandası 1998-ci ildən sonra ilk dəfə dünya çempionatına yüksəlib.
Namiq HUN
tag: Erlinq Haaland,Norveç,FIFA,dünya çempionatı,Todaypress.tv,
