Güləşçimiz İslamiadanın gümüş medalını qazandı

Güləşçimiz İslamiadanın gümüş medalını qazandı
18.11.2025 20:20 İdman

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.

TodayPress TV-nin məlumatına görə, idmançı finalda İran təmsilçisi Səid İsmailiyə 3:8 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, digər təmsilçilərimizdən Nihat Məmmədli, Ülvü Qənizadə (hər ikisi 60 kq) və İslam Abbasov (87 kq) günü medalsız başa vurublar.

todaypress.tv

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər