Güləşçimiz Avropa çempionatının finalında
Azərbaycanın yunan-Roma güləşçiləri Bolqarıstanın Samakov şəhərində keçirilən U-17 Avropa çempionatında növbəti görüşlərini keçiriblər.
TodayPress TV bildirir ki, Əli Cavadlı (45 kq) çempionatın yarımfinalında Gürcüstan təmsilçisi Luka Bolkvadze ilə qarşılaşıb. Təmsilçimiz 7:6 qalib gələrək finala yüksəlib.
Zöhrab Səfərov (92 kq) isə yarımfinalda erməni güləşçi Aleksan Şalyanla qarşılaşıb. Səfərov 0:6 hesabı ilə uduzub və sabah bürünc medal uğrunda güləşəcək.