Gimnastlarımız Avropa kubokunun finalında yarışacaqlar

Gimnastlarımız Avropa kubokunun finalında yarışacaqlar
16.05.2025 15:45 İdman

Azərbaycan bədii gimnastları Zöhrə Cəfərova və Gövhər İbrahimova Bolqarıstanda keçirilən Avropa kubokunda çoxnövçülük yarışında finala yüksəliblər.   

TodayPress TV xəbər verir ki, Zöhrə Burqas turnirində halqa, top, gürzlər və lentlə hərəkətlərdə 100,981 xal toplayaraq təsnifat mərhələsini altıncı yerdə bitirib.   

Gövhər isə dörd hərəkətin cəmində topladığı 100,663 xalla yeddinci pillədən adını final mərhələsinə yazdırıb.   

Qeyd edək ki, bədii gimnastların çoxnövçülük üzrə final yarışları mayın 18-də “Cross Battle” formatında keçiriləcək.   

Namiq HUN

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər