Gənclər üçün yeni imkan: Su İdmanı Federasiyası yaradıldı

İdman

20.02.2026 14:59

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası fəaliyyət istiqamətlərini genişləndirir.

TodayPress TV xəbər verir ki, bununla bağlı federasiyanın Ümumi Yığıncağında müvafiq qərar qəbul olunub.

Qərara əsasən, bu addım ölkədə su idman növlərinin vahid platformada inkişafını təmin etmək, idarəetmədə çevikliyi artırmaq və beynəlxalq arenada daha effektiv təmsilçiliyə nail olmaq məqsədi daşıyır.

Eyni zamanda, idman növlərinin populyarlığının artırılması, kütləviliyin təmin edilməsi, yeniyetmə və gənclərin bu sahəyə cəlb olunması əsas prioritetlər kimi müəyyənləşdirilib.

Müvafiq qərara əsasən, federasiyanın adı dəyişdirilərək Azərbaycan Su İdmanı Növləri Federasiyası (Azerbaijan Water Sports Federation) olacaq.

Namiq HUN

TodayPress TV

tag: Azərbaycan ,Su İdmanı Federasiyası,Ümumi Yığıncaq,Qərar,Todaypress.tv,