Gənclər Liqasındakı insidentlə bağlı qərarlar verildi

Gənclər Liqasındakı insidentlə bağlı qərarlar verildi
26.05.2026 14:48 İdman

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

TodayPress TV xəbər verir ki, iclasda mayın 23-də AFFA Gənclər Liqasında baş tutan “Qarabağ” – “Neftçi” oyunu ilə bağlı intizam qərarları qəbul olunub.

“Qarabağ”ın futbolçusu Əli İbrahim matçın 90+5-ci dəqiqəsində “Neftçi”nin ehtiyat oyunçular skamyasını təhqir etdiyinə görə qırmızı vərəqə alıb və 5 oyunluq cəzalandırılıb. Komandanın digər üzvü Tunar Qasımov isə aqressiv davranış səbəbindən qırmızı vərəqə gördüyü üçün 3 oyunu buraxacaq.

“Neftçi”nin futbolçusu Nahid Ömərov da aqressiv davranışa görə qırmızı vərəqə alıb və növbəti 3 matçda iştirak etməyəcək.

Bundan əlavə, qarşılaşmada baş verən kütləvi insidentə görə hər iki klub cəzalandırılıb. “Qarabağ” azarkeşlərinin qarşıdurmada iştirakı səbəbindən Ağdam təmsilçisinin növbəti 2 ev oyunu boş tribunalar önündə keçiriləcək. Eyni səbəbdən “Neftçi” də qarşıdakı 2 ev matçında azarkeş dəstəyindən məhrum olacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər